Goranboyda dəhşətli qəza: 2 ölü, 3 yaralı - FOTO

Sadə xəbər
HADİSƏ 31.07.2022 1299

Bakı-Qazax magistral yolunda ağır yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Goranboy rayonunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib, üç nəfər xəsarət alıb.

Xəsarət alanlar 1988-ci il təvəllüdlü M.Rəhimov və 2001-ci il təvəllüdlü E.Qocayev olub, həmçinin 2002-ci il təvəllüdlü X.Babayevə də həkimlər tərəfindən tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top