Rayon təhsil sektorlarının müdirləri üçün təlim-seminar keçirilib-Foto

DÜNYA 31.07.2022 1570

 

Saat24.Az xəbər verir ki,İyulun 29-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin yerli rayon (şəhər) üzrə təhsil sektorlarının müdirləri üçün təlim-seminar keçirilib.
Mingəçevir şəhəri S.Vurğun adına 16 nömrəli tam orta məktəbdə keçirilən seminarda Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, sektor müdirləri və idarənin məsul əməkdaşları iştirak edib.
Seminarda çıxış edən idarə müdiri təhsilin inkişafı, idarəetmənin düzgün qurulması və peşəkarlığın artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və səmərəli təşkili mövzularında müxtəlif məsələlərə toxunub və qarşıda duran hədəflər barədə müvafiq tapşırıqlar verib.
Daha sonra seminarda bir sıra aktual məsələlər müzakirə edilib, onları maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.





 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top