Bakıda yük maşını piyadanın üzərindən keçərək öldürdü

Sadə xəbər
HADİSƏ 30.07.2022 1647

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.

 

APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb.

1997-ci il təvəllüdlü Əliyev Ümüd Elçin oğlu yol kənarında dayandığı zaman onun üzərindən “Shacman” markalı yük avtomobili keçib. Piyada hadisə yerində ölüb.

Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top