Azərbaycanda gənc oğlan sevgilisini küçədə bıçaqladı

HADİSƏ 27.07.2022 1207

Balakəndə küçədə 21 yaşlı qız bıçaqlanıb.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu 2001-ci il təvəllüdlü Emilya Abdurahmanovaya qısqanclıq zəminində boynundan bıçaqla xəsarət yetirib.

Yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, E.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top