Böyürtkən yığmağa gedən qadın itkin düşüb - VİDEO

HADİSƏ 23.07.2022 1417

İyulun 22-də Lənkəranda itkin düşən 39 yaşlı qadın tapılıb.

Dünəndən davam edən axtarışlar nəhayət öz nəticəsini verib. Rayonun Tükəvilə kənd sakini Fəxriyyə İbrahimova bu gün qonşu Rüdəkənar kəndindəki dağlıq ərazidən tapılıb.

39 yaşlı qadın böyürtkən yığmaq üçün dünən səhərə yaxın saat 5 radələrində evdən çıxmışdı, lakin bir müddət sonra evə qayıtmadığından qadının yaxınları aidiyyəti üzrə müraciət etmişdilər. 

Axtarışlara FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasedici qrupu və kənd camaatı qoşulmuşdu. Bu gün isə gözlənilən şad xəbər gəldi. Günorta saatlarında o, tapılaraq, evə gətirilib.

Qeyd edək ki, Fəxriyyə İbrahimovanın səhhətində hazırda heç bir problem yoxdur, özünü normal hiss edir.

Ətraflı süjeti təqdim edirik:

XƏBƏR LENTİ
17.04.2024 3205

DİGƏR XƏBƏRLƏR

Loading
Top