Tətildə darıxan məktəbli atasının avtomobilini qaçıraraq səyahətə çıxdı

HADİSƏ 23.07.2022 1175

Çində 12 yaşlı məktəbli tətil vaxtı darıxdığı üçün valideynlərinin “cip”ini oğurlayaraq kiçik bacısı ilə birlikdə səyahətə çıxıb.

Hadisə Huçjou şəhərində baş verib.

Tətili evdə keçirməkdən yorulan oğlan valideynlərinin işdə olmasından istifadə edib.

Evə qayıdan ata və ana övladlarının yoxa çıxdıqlarını görən kimi dərhal polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları maşını evdən 200 kilometr aralıdakı Jianqsu əyalətində tapıb. Uşaqların saatda 120 kilometr sürətlə hərəkət etdiyi bildirilib.

Mənbə: lenta.ru

XƏBƏR LENTİ
17.04.2024 3166

DİGƏR XƏBƏRLƏR

Loading
Top