Çarəsiz vəziyyətə düşən ağ ayı insanlardan kömək umdu - FOTO/VİDEO

HADİSƏ 21.07.2022 1337

Rusiyada ağzında qatılaşdırılmış südün metal qutusu ilişib qalan ağ ayı çarəni kəndlilərə yaxınlaşmaqda görüb. Krasnoyarsk diyarında qeydə alınan hadisə barədə “Rosprirodnadzor” (Rusiyanın Təbii Sərvətlərin İstifadəsinə Nəzarət üzrə Federal Xidməti) rəhbəri Svetlana Radionova məlumat verib.

Onun sözlərinə görə, “Qırmızı kitab”a düşən heyvan ağzında ilişib qalan metal qutunu çıxara bilmədiyi üçün tamam taqətdən düşüb.

“Ölüm ərəfəsində olan heyvanı xilas etməliyik. Təcili olaraq işçi qrupun iclasını çağırdıq. Artıq mütəxəssislər tapmışıq. Hazırda nəqliyyat məsələləri ilə məşğul oluruq. Ayını xilas etmək üçün əlimizdən gələni edəcəyik”, - deyən Rodinova artıq Moskvadan baytarların yola çıxdıqlarını bildirib.

 


Mənbə: Gornovosti.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top