14 yaşlı Nihadın ölümü “WhatsApp” statusu üstündə olub - MƏHKƏMƏ

HADİSƏ 19.07.2022 1070

Ağsuda 14 yaşlı yeniyetməni döyərək öldürən Cabir Müseyibovun məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin qərarına əsasən, 14 yaşlı Nihad Məmişovu döyərək öldürən C.Müseyibov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisənin baş verməsinə gəlincə, buna Nihadın “WhatsApp”da paylaşdığı status səbəb olub. Belə ki, təqsirləndirilən 17 yaşlı C.Müseyibov ifadəsində qeyd edib ki, o, Nihadın “WhatsApp” statusunda qonşuluqda yaşayan qızın adının baş hərfinin yazıldığı sevgi videosunu görüb. Cabir Nihaddan videonu silməyini, bunu başqa adamların da gördüyünü deyib. Nihad isə cavab olaraq videonu silməyəcəyini bildirib. Nəticədə tərəflər arasında sözlü mübahisə yaranıb. 

Mübahisənin davamı olaraq Cabir Nihadı Ağsu rayon Qaraqaşlı kənd qəbiristanlığına çağırıb. Görüş zamanı Cabir özündən yaşca kiçik olan Nihadı döyüb və xəstəxanalıq edib. Nihad aldığı xəsarətlərdən 5 gün sonra xəstəxanada vəfat edib.

Cabir isə hadisədən sonra evə gələrək baş verənləri atasına danışıb, daha sonra isə qaçıb. O, bir gün sonra yenidən evə gəlib və bu dəfə atası oğlu ilə birgə polis şöbəsinə yollanıb.

Qeyd edək ki, hadisə ötən ilin iyununda qeydə alınıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top