“Sədərək”də yanğın söndürülüb - YENİLƏNİB + VİDEO

HADİSƏ 16.07.2022 1212

FHN-in 112 qaynar telefon xəttinə “Sədərək” Ticarət Mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. 

Dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin peşəkarlığı və operativliyi nəticəsində qısa vaxtda yanğın söndürülüb və mağazalara keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində ilkin məlumata əsasən ümumi sahəsi 37 kv.m olan bijuteriya mağazasının lambirindən ibarət tavanı 8 kv.m sahədə, mağazanın qarşısından keçən elektrik kabeli 10 p.m və ticarət mərkəzinin 9-cu və 10-cu sıralar arası dam örtüyünə çəkilmiş üzlük 200 kv.m sahədə yanıb.

Mağazalar yanğından mühafizə olunub.

21:55

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Yanğına səbəb kimi elektrik naqillərində qısaqapanma olduğu bildirilir.

İlkin məlumata görə 1 mağazada dəyəri 10 min manat dəyərində məhsul yanıb. Digər mağazalara dəyən ziyanın məbləği hesablanır.

Faktla bağlı araşdırma aparılır.

19:21

“Sədərək” Ticarət Mərkəzində güclü yanğın baş verib.

Oxu.Az xəbər verir ki, TM-nin damı alışıb.

Hadisə yerindən aldığımız görüntülərdə yanğının mülki şəxslər tərəfindən söndürülməsi cəhdləri əks olunub.  

Həmin videonu təqdim edirik:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top