Oğuzda avtomobil ağaca çırpılıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB + FOTO

HADİSƏ 13.07.2022 1327

Oğuz rayonunda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə zamanı "Lada-Priora" markalı avtomobilin sürücüsü, rayonun Sincan kənd sakini, 1995-ci il təvəllüdlü Sahil Hafiz oğlu Əzimli, sərnişinləri - Sincan kənd sakini, 1988-ci il təvəllüdlü Bəhruz Bəyaz oğlu Əzimov, Bayan kənd sakinləri - 1990-cı il təvəllüdlü Oruc Rəhman oğlu Bayramov və 1991-ci il təvəllüdlü Nurlan Nazim oğlu İsmayılov xəsarət alıblar.

Onlardan üçü Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bir nəfər isə xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.

20:31

Oğuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Lada-Priora” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 4 nəfər xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top