İki avtomobil toqquşdu: Dörd nəfər YARALANDI

HADİSƏ 24.05.2022 1624

Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Səfikürd kəndində qeydə alınıb.

“VAZ” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1960-cı il təvəllüdlü L.Əliyev, 2006-cı il təvəllüdlü N.Məhhərəmov, 2002-ci il təvəllüdlü R.Kərimov və 1986-cı il təvəllüdlü K.Əsədov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top