Ukraynaya yardımla bağlı qanun layihəsi Baydenin imzası üçün Seula aparılacaq

SİYASƏT 21.05.2022 1235

Ukraynaya təxminən 40 milyard dollarlıq əlavə yardımın ayrılmasına dair qanun layihəsinin bu günlərdə Asiya ölkələrinə qastrol səfərində olan ABŞ prezidenti Co Baydenin imzası üçün Seula aparılmasına qərar verilib.

Bu barədə Ağ Evin sözçüsünə istinadən CNN məlumat yayıb.

Bundan əvvəl ABŞ Senatı Ukraynaya rekord məbləğdə hərbi yardım paketinin ayrılmasına dair qanun layihəsini təsdiqləyib ki, bu da cəmi 40 milyard dollar təşkil edəcək.

Mənbə: Lenta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top