Yenə də dünyanın gözü Azərbaycanda, Şuşadadır... - Millət vəkili

SİYASƏT 12.05.2022 2015

Bu gün tariximiz üçün möhtəşəm günlər yaşayırıq. Ard-arda zəfərlər qazanırıq. Qarabağa, Şuşaya hər gedişimizdə orada həyata keçirilən hər bir fəaliyyəti görür və qürurlanırıq. İstər mədəni, istərsə də sosial-iqtisadi quruculuq sahəsində görülən bu işlərin hər birinin arxasında Azərbaycanın böyük Zəfəri, Qələbəsi dayanır. Bu gün növbəti dəfə Şuşada Xarıbülbül festivalı öz qapılarını Azərbaycana, bölgəyə, dünyaya açır. Yenə də dünyanın gözü Azərbaycanda, Şuşadadır.

Bunu Saat24.Az-a Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O qeyd edib ki, Şuşada ardıcıllıqla keçirilən bütün tədbirlərlə, festivallarla, açılışlarla bir daha dünyaya bəyan edirik ki, biz öz tarixi torpaqlarımız olan Qarabağa qayıtmışıq:

“İşğalda olan torpaqlarımızın hər qarışı uğurunda qəhrəmanlıqla döyüşdük, mübarizə apardıq. Ali Baş Komandan İlham Əliyevin, qəhrəman ordumuzun şücaəti, xalqımızın birliyi ilə biz tarixi Zəfərə nail olduq. Ölkəmizin pozulan ədalətini bərpa edərək, dünyaya öz ədalətimizi, haqqımızı isbat etdik”.

Jalə Əliyevə bildirib ki, Ermənistanın kapitulyasiyasından qısa zaman sonra Şuşaya Zəfər yolu çəkildi:

 

“Qarabağda infrastruktun bərpasına, quruculuğa start verildi. Bütün bunlar Azərbaycanın iradəsindən, qətiyyətindən xəbər verir. Bu nailiyyətlərin hər birinin arxasında xilaskar lider, ölkə Prezidenti İlham Əliyevin dəmir iradəsi dayanır. Bir daha bütün dünya bu gün Qarabağda gördüyümüz işlərin sayəsində Azərbaycanın qətiyyətinə şahidlik edir”.

Millət vəkili hesab edir ki, Qarabağın hər bir bölgəsini, hər qarışını yenidən cənnət məkana çevirəcəyik:

“Bu işlər hər gün davam edir. Bundan sonra bu proses böyük vüsətlə davam edəcək. İllərdir öz torpağına həsrət qalmış insanlarımız yurdlarına qayıdacaqlar. Azərbaycan bundan sonra bütöv, işıqlı, inkişaf etmiş bir ölkə olaraq Cənubi Qafqazın parlaq ulduzuna çevriləcək”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top