Azərbaycanın inkişafında Heydər Əliyev dühası çox əhəmiyyətli bir rol oynadı-Jalə Əliyeva

SİYASƏT 09.05.2022 1674

“Biz Ulu Öndər Heydər Əliyevin 99-cu doğum günü ərəfəsindəyik. Bir daha bu cür böyük şəxsiyyəti böyük bir hörmətlə anır, qarşısında ehtiramla baş əyirik. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin ölməz bir ismidir. Belə şəxsiyyətləri Tanrı hər bir xalqa, ölkəyə əsrdə bir dəfə qismət edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

 

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev sayəsində Azərbaycan məhv olmaqdan xilas oldu: “Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən tanındı. Azərbaycan bayrağı hər yerdə tanınmağa başladı. Yenidən Azərbaycan ordusu quruldu, iqtisadiyyat təmin olundu. Azərbaycanın ictimai-siyasi həyatında, iqtisadiyyatında, mədəniyyətində Heydər Əliyev imzası danılmaz bir fakt kimi durur. Ötən əsrin 90-cı illərindən sonra Azərbaycan uğurlara imza atmağa başladı. Eyni zamanda Heydər Əliyevin Azərbaycana ən böyük töhvəsi mənəvi varisi olan, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevdir. Ulu Öndər ömrünün son dəqiqələrində belə xalqının gələcəyini düşünərək, İlham Əliyev ilə bağlı səsləndirdiyi fikirlərlə, yol göstərdi. Bu gün də artıq Azərbaycan xalqı bu göstərilən yolun nə qədər ölkəmiz üçün faydalı olduğunun şahidi olduq. Ümumiyyətlə Qarabağ məsələsinin həll olunmasında da Heydər Əliyev dühası çox əhəmiyyətli bir rol oynadı. Bu gün Azərbaycan durmadan inkişaf edir. Nə qədər Azərbaycan dövləti var olacaqsa, Ulu Öndər Heydər Əliyev də hər birimizin qəlbində yaşayacaq”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top