Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 14 milyard dollar azalıb

İQTİSADİYYAT 07.05.2022 1443

Aprelin 29-na Rusiyanın beynəlxalq ehtiyatları 593,1 milyard dollar təşkil edib.

Bu barədə Rusiya Bankı məlumat verib.

Aprelin 22-nə beynəlxalq ehtiyatlar 607,1 milyard dollar təşkil edirdi ki, bu da bir həftə ərzində 14 milyard dollar və ya 2,3% azaldığının göstəricisidir.

Requlyatorun sözlərinə görə, ehtiyatlar əsasən mənfi yenidənqiymətləndirmə nəticəsində azalıb.

Keçən həftə isə ehtiyatlarda 4 milyard dollar azalma müşahidə olunub.

Beynəlxalq ehtiyatlar Rusiya Bankı və Rusiya Federasiyası hökumətinin sərəncamında olan yüksək likvidli maliyyə aktivləridir.

Onlar xarici valyuta aktivlərindən, monetar qızıldan, xüsusi borc almaq hüququndan (SDR-lər, xüsusi borc almaq hüququ, Beynəlxalq Valyuta Fondu tərəfindən istifadə edilən hesab vahidi, BVF), BVF-də ehtiyat mövqeyindən və digər ehtiyat aktivlərindən ibarətdir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top