Zelenski elektrik enerjisi müqabilində Avropadan qaz almaq istəyir

SİYASƏT 30.04.2022 1766

Ukrayna Avropadan çatışmayan qaz həcmini almaq, əvəzində elektrik enerjisi vermək istəyir.

“Biz məmnuniyyətlə Rusiyadan asılı olmamaq və elektrik enerjisi ilə təmin etmək imkanı təmin edəcəyik, digər tərəfdən, qarşılıqlı dostluq münasibətləri əsasında, məsələn, Avropadan özümüz üçün çatışmayan qaz həcmin ala bilərik. Elektrik enerjisini vermək, əvəzində qaz almaq”, – deyə Zelenski cümə günü öz “Telegram” kanalında videogörüntüsünü yayımladığı Polşa mətbuatına verdiyi müsahibəsində deyib.

“Bu istiqamətdə işlər planlaşdırılır, nazirlərimiz və müxtəlif neft-qaz şirkətlərinin bütün müvafiq rəhbərləri ünsiyyətə başlayıblar”, – deyə o əlavə edib.

Prezidentin sözlərinə görə, Ukraynada çox böyük həcmdə atom generasiyası var, ona görə də Kiyev elektrik enerjisini şişirdilməyən qiymətlərlə sata biləcək. Eyni zamanda, o etiraf edir ki, Ukrayna hazırda Avropa ölkələrinə bu cür tədarükləri həyata keçirməyə texniki cəhətdən hazır deyil.

Zelenski Avropaya elektrik enerjisinin tədarükü hesabına Ukrayna büdcəsinin kəsirini də kompensasiya etməyi nəzərdə tutur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top