Bundestaq Ukraynaya ağır alman silahlarının tədarükünə razılıq verib

SİYASƏT 29.04.2022 1765

Almaniya Parlamentinin Aşağı Palatası (Bundestaq) Ukraynanın maraqları dairəsində ağır silahların tədarükü təşəbbüsünü böyük səs çoxluğu ilə təsdiqləyib.

Qanun layihəsində deyilir: “Rusiyanın geniş şəkildə beynəlxalq bazarlardan iqtisadi izolyasiyası və blokadası ilə yanaşı hərbi əməliyyatları dayandırmağın ən mühüm və effektiv vasitəsi güclü  silahların və mürəkkəb sistemlərin, o cümlədən ağır silahların tədarükünü intensivləşdirmək və sürətləndirməkdir”.

Bundestaqın vitse-prezidenti Volfqanq Kubiçkinin sözlərinə görə, qanun layihəsi həm Almaniyanın hakim koalisiyasının üç partiyası, həm də müxalifət mühafizəkarları tərəfindən dəstəklənib və 586 lehinə, 100 əleyhinə, 7 deputat bitərəf olmaqla qəbul edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top