Pentaqon Ukraynada nüvə müharibəsi risklərindən danışıb

SİYASƏT 27.04.2022 1658

Ukraynadakı müharibənin nüvə müharibəsinə çevrilməsi üçün heç bir səbəb yoxdur.

Bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.

“Ukraynadakı hazırkı vəziyyətin bu səviyyəyə çatması üçün heç bir səbəb yoxdur. Əvvəl də dediyim kimi, vəziyyəti çox diqqətlə izləyirik və bizi strateji nüvə silahından müdafiə qüvvələrimizin hazırlıq səviyyəsini, ölkəmizin və müttəfiqlərimizin müdafiə edilməsi ilə bağlı hazırlıq dərəcəmizi dəyişməyə məcbur edəcək heç nə görmürük”, – deyə Kirbi qeyd edib.

Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri “Birinci Kanal”a müsahibəsində nüvə müharibəsi risklərinin yüksək olduğu ilə bağlı fikir bildirmişdi.

“Təhlükə ciddidir, realdır, onu qiymətləndirməmək olmaz”, – deyə Lavrov sözlərinə əlavə edib.

Eyni zamanda da Lavrov “nüvə beşliyi” ölkələrinin yanvarda keçirilən görüşündə təsdiqlənmiş prinsipial mövqeyin isə nüvə müharibəsinin yolverilməz olduğunu qeyd etmişdi.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top