Fransada prezident seçkiləri: Le Pen məğlub olduğunu etiraf etdi, Makron yenidən seçildi - YENİLƏNİB

SİYASƏT 25.04.2022 1147

Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Emmanuel Makron 2022-2027-ci illərdə də Fransanın prezidenti olacaq. 

İlkin nəticələrə görə, o səslərin 57,60%-ini qazanıb. 

Makronun tərəfdarları Eyfel qülləsinin ətəyində Champ de Marsda qələbəni qeyd etməyə başlayıblar.

22:56

Milli Birlik Partiyasının namizədi Marin Le Pen Fransa prezident seçkilərinin ikinci turunda məğlub olduğunu etiraf edib.

“Report” Fransa mətbuatına istinadən xəbər verir ki, Le Pen seçki məntəqələri bağlandıqdan sonra ictimaiyyətə açıqlanan prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini uğurlu adlandırıb.

Eyni zamanda o, yayda keçiriləcək parlament seçkilərində partiyasını dəstəkləməyə çağırıb.

Qeyd edək ki, seçki məntəqələrindən daxil olan ilkin məlumatlara görə, Emmanuel Makron 57,6 faiz, onun rəqibi, ifrat sağ təmayüllü “Milli Birlik” partiyasının lideri Marin Le Pen isə 42,4 faiz səs toplayıb.

Fransa Konstitusiya Məhkəməsi seçkilərin rəsmi nəticələrini aprelin 27-də elan edəcək.

22:54

Fransada prezident seçkilərinin ikinci turunda “exit-poll”un nəticələri məlum olub.

Yayılan xəbərlərə görə, səsvermədə hazırkı dövlət başçısı Emmanuel Makron liderlik edir.

O, səslərin 55-58% faizini toplaya bilib. Dövlət başçısı Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət edərək qələbəsini elan etməyə hazılaşır.

Qeyd edək ki, 2017-ci ildə keçirilən prezident seçkilərində də Makron məhz Le Penə qalib gəlmişdi. O zaman hazırki prezident səslərin 66,1 %-ni toplamışdı.

Xatırladaq ki, Fransa prezidenti beş il müddətinə seçilir.

Mənbə: “RİA Novosti”

10:00

Prezident seçkilərinin ikinci və həlledici turunun keçirildiyi Fransada bazar günü Bakı vaxtı ilə saat 10:00-da seçki məntəqələri açılıb.

Növbəti beş il ərzində dövlətə rəhbərlik hüququ uğrunda Fransanın hazırkı Prezidenti Emmanuel Makron və Milli Birlik Partiyasının namizədi Marin Le Pen ikinci turda ardıcıl ikinci dəfə mübarizə aparacaq.

Qeyd edək ki, 2017-ci ildə keçirilən prezident seçkilərində Le Pen Makrona uduzmuşdu.

Aprelin 10-da keçirilən birinci turun nəticələrinə görə, namizədlərdən heç biri 50 %-dən çox dəstək almayıb. Buna görə də maksimum nəticə göstərən iki namizədin iştirak etdiyi ikinci tur təyin olunub.

Seçki məntəqələri səhər saat 08:00-dan (Bakı vaxtı ilə saat 10:00-dan) açılacaq. “Exit-poll”un ilk nəticələri səsvermə başa çatdıqdan sonra - yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.

Emmanuel Makron Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət etmək niyyətindədir.

09:49

Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda Fransanın hazırkı Prezidenti Emmanuel Makron və Marin Le Pen iştirak edir.

Səsvermə ərəfəsində reytinqlər ölkənin hazırkı liderinin qələbəsini proqnozlaşdırır.

İlk turda namizədlər arasında fərq 5 %-dən az olsa da, Emmanuel Makron Marin Le Pen üzərində fərqi xeyli artırıb.

Aprelin 10-da keçirilən birinci turun nəticələrinə görə, namizədlərdən heç biri 50 %-dən çox dəstək almayıb. Buna görə də maksimum nəticə göstərən iki namizədin iştirak etdiyi ikinci tur təyin olunub.

Seçki məntəqələri səhər saat 08:00-dan (Bakı vaxtı ilə saat 10:00-dan) açılacaq. “Exit-poll”un ilk nəticələri səsvermə başa çatdıqdan sonra - yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.

Emmanuel Makron Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət etmək niyyətindədir.

Seçkiqabağı sorğulara gəldikdə isə Emmanuel Makron səsverməyə bir həftə qalmış mövqeyini xeyli möhkəmləndirib. Belə ki, “Ifop” şirkətinin proqnozlarında onun reytinqi 15-21 aprel dövrü üçün 53,5 %-dən 55,5 %-ə yüksəlib. Marin Le Pen bu müddət ərzində iki xal itirib - 46,5 %-dən 44,5 %-ə qədər.

Üç rəy sorğusu hazırkı prezidentin 56,6 % orta nəticə ilə qələbə qazanacağını proqnozlaşdırır. “Ipsos”un araşdırması E.Makronun 57,5 %, “Opinionway” və “Ifop” sorğuları isə onun müvafiq olaraq 57 % və 55,5 % səs toplayacağını deyir.

Qeyd edək ki, 2017-ci ildə Fransada keçirilən seçkilərin 2-ci turu zamanı Emmanuel Makron 66,1 % səslə qalib gəlib. 5 il əvvəl seçicilərin 33,9 %-i Marin Le Penə səs verib.

Bundan başqa, hazırkı Prezident debatda qalib gəlib. Səsverməyə 4 gün qalmış namizədlər canlı yayımda teledebatlar keçiriblər. Emmanuel Makron və Marin Le Pen sosial məsələləri, iqtisadiyyatı, ekologiyanı müzakirə edib, Rusiya və Ukrayna ilə müharibə haqqında mübahisə ediblər.

Hazırkı prezident rəqibini Kremllə əlaqələrə görə tənqid edib və Rusiyanı Marin Le Penin “bankiri” adlandırıb. Məlum olduğu kimi, Marin Le Penin lideri olduğu “Milli Birlik” partiyası 8 il əvvəl “Birinci Çexiya-Rusiya Bankı”ndan kredit götürüb. E.Makron rəqibinin Krımı Rusiyanın bir hissəsi hesab etdiyi barədə dediklərini də xatırladıb.

Xatırladaq ki, birinci turun nəticələri açıqlandıqdan sonra məğlub olan namizədlər ikinci turda E.Makronu dəstəkləməyə çağırıblar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top