Çavuşoğlu: “Türkiyə Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazırdır”

Sadə xəbər
SİYASƏT 21.04.2022 812

Türkiyə Ukraynanın təhlükəsizliyinin qarantına çevrilməyə hazırdır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsində bəyan edib.

O qeyd edib ki, bunun üçün əvvəlcə sözügedən rolun nədən ibarət olmasını anlamaq lazımdır.

Nazir həmçinin, hazırda Azov dənizində blokada qalan Türkiyə gəmiləri barədə də məlumat verib.

“Müxtəlif məhsullar, o cümlədən qarğıdalı, buğda, günəbaxan yağı daşıyan bəzi gəmilərimiz üzən minalarla bağlı vəziyyətə görə hələ də Azov dənizində blokadadır. Söhbət 22 gəmidən gedir”, - deyə o, qeyd edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top