Ukrayna Aİ-yə üzvlük ərizəsini Avropa Komissiyasına göndərib

SİYASƏT 19.04.2022 1053

Ukrayna Aİ-yə namizəd statusunun əldə edilməsi imkanlarını qiymətləndirmək üçün sorğunun doldurulmuş birinci hissəsini Avropa Komissiyasına göndərib. Hazırda ikinci hissə üzərində iş gedir.

Bu barədə Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina məlumat verib.

“Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı sorğunun birinci hissəsi Avropa Komissiyasına göndərilib. Prezident Volodimir Zelenskinin söz verdiyi kimi, Ukrayna sənədi bir həftəyə tamamlayıb. Artıq ikinci hissə üzərində işlərə başlanılıb. Mən Ukrayna hökuməti ilə fəxr edirəm”, - o “Twitter”də yazıb.

Xatırladaq ki, Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı bu yay yekun rəy verəcəyini vəd edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top