Ramazan ayı münasibətilə rayonun Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə Yeni Azərbaycan Partiyasının Zərdab Rayon təşkilatının inzibati binasında görüş keçirilib

SİYASƏT 17.04.2022 1788
YAP Zərdab Rayon Təşkilatının sədri İlkin Əliyev tədbiri giriş sözü ilə açaraq 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində qazanılan Zəfərdən danışıb.
Rayon İcra Hakimiyyəti Başçısı cənab Mərdan Camalzadənin təbrik və salamlarını tədbir iştirakçılarına çatdıran RİH Başçısının müavini
Xəyalə Veyisova ölkəmizdə, o cümlədən rayonumuzda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan söhbət açdı.
Keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı və rayondan olan sahibkar tərəfindən şəhidlərin ailə üzvlərinə maddi yardım verilmişdir.
Görüşün sonunda şəhid ailələri göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Bir 8 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 8 kişi ve ayakta duran insanlar görseli olabilir
Açıklama yok.Açıklama yok.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top