Rusiya Türkiyədən daha çox pomidor alacaq

İQTİSADİYYAT 16.04.2022 474

Türkiyədən Rusiyaya pomidor tədarükü üçün kvota 350 min tona qədər artırılıb.

Bu barədə Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi müvafiq sərəncamında bildirilib.

Rəsmi hüquqi məlumatlar portalında yerləşdirilən sənəd artıq qüvvəyə minib.

Qeyd edək ki, 2016-cı ilin əvvəlindən 2017-ci ilin noyabr ayına qədər Türkiyə pomidorlarının Rusiyaya tədarükü qadağan edilib. 2018-ci ilin mart ayında Türkiyədən 50 min tona qədər pomidor idxalı üçün kvota tətbiq edilib. Sonra kvota tədricən artırılıb.

Sonuncu artım 2021-ci ilin may ayında 250 min tondan 300 min tona qədər olub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top