Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib-Foto

Sadə xəbər
CƏMİYYƏT 08.02.2025 7385
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Qaravəlli kənd tam orta məktəbində “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 
 
Görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Ramil Salayev və digər iştirakçılar gələcəyimiz olan gənclərin sağlam ruhda böyüməsinin və gələcəyin peşəkar kadrları kimi formalaşmasının önəmindən danışıblar. 
 
Bildirilib ki, yaşından asılı olmayaraq bu bəlanın aludəçisinə çevrilən hər bir şəxs öz həyatında sağalmaz izlər buraxmaqla yanaşı gələcəyini məhv edir.
 
Görüşün sonunda narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top