Jalə Əliyeva səfiri xanım Viktoriya Romero ilə görüşüb -Foto

Sadə xəbər
CƏMİYYƏT 07.02.2025 2334
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-Meksika Parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyində bu ölkənin fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romero ilə görüşüb. 
 
Saat24.Az-ın məkumatına görə,Görüşdə iki ölkənin parlamentləri və hökümətləri arasında daha əvvəllər qurulan qarşılıqlı dost və anlayış münasibətlərinin davam etdirilməsinin vacibliyi ifadə edilib, münasibətlərin daha da inkişaf etdirilməsi üçün Meksikadakı son parlament seçkilərindən sonra yenidən formalaşacaq olan dostluq qrupu üzvləri ilə təmasların gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
 
Görüşdə həmçinin Azərbaycanın Meksika Birləşmiş Ştatlarıdakı Səfirliyi üçün ayrılan binanın rəsmiləşdirilməsi işlərinin sürətləndirilməsi üçün Səfirlik tərəfindən Meksika əlaqədar qurumlarına müraciət edilməsi imkanları müzakirə olunub. 
 
Görüş zamanı iki ölkə arasında mədəniyyət, elm, təhsil sahəsində də 
münasibətlərin inkişaf etdirilməsi perspektivləri haqqında bəhs edilib. Qeyd edilib ki, yaxın zamanlarda hər iki ölkədə qarşılıqlı olaraq tanıtım xarakterli sərgilər keçiriləcəkdir. 
 
Xanım Səfir, millətvəkili Jalə Əliyevaya, iki ölkə parlamentləri arasında münasibətlərin inkişafı üçün göstərdiyi səylərə və sıx əlaqəyə görə təşəkkürünü bildirib. Millət vəkili də öz növbəsində, səfir Viktoriya Romeroya Azərbaycandakı uğurlu diplomatik fəaliyyətinə görə minnətdarlığını ifadə edib.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top