![](https://cdn.saat24.az/uploadedfiles/custom/2025/2/6/1/760c1b52-b8a9-42f0-97ea-94c88c16f87f/fb_img_1738859139576.jpg)
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyar görüş keçirdi.
Səyyar görüşdə ŞPŞ rəisi,polis polkovniki Ədalət Əliyev, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları,sakinlər və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Əvvəlcə icra başçısı çıxışında ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib.
Qeyd edib ki,hazırda Mingəçevirin bütün ərazilərində ardıcıl olaraq abadlıq-quruculuq işləri uğurla icra olunur.
Çıxış edən sakinlər şəhərdə aparılan abadlıq-quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirərək, onları narahat edən problemlərdən danışıblar.
İcra başçısı İlham İsmayılov diqqətə çatdırılan problemlərlə bağlı qeydlər götürüb,aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verib.
Esmira Hidayətova.
![](https://cdn.saat24.az/uploadedfiles/custom/2025/2/6/1/ad0eb43d-655a-4932-9d67-c0320d8c5cf9/c24583da-b361-44df-97cb-630b792f9090.jpg)
![](https://cdn.saat24.az/uploadedfiles/custom/2025/2/6/1/9bc59fe0-2bf0-429e-843c-3eb31a80e0e9/7aef107a-4c53-4344-a635-ba3062306d9c.jpg)
![](https://cdn.saat24.az/uploadedfiles/custom/2025/2/6/1/5846e41d-9e3d-47be-b63b-b3e3a316d077/0a0ce0f7-004e-4c01-8498-94aafe973e52.jpg)