“2025-ci ildə minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq”.
"Saat24.az" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.
“Minimum istehlak səbətinin tərkibinə baxılması məsələsi iqtisadiyyat Nazirliyinin daim gündəmdə saxladığı məsələdir. Bununla bağlı müəyyən İşçi Qrup fəaliyyət göstərir. Həmin İşçi Qrupunun ən sonuncu görüşü 2021-ci ildə baş tutub. Səbətin tərkibinə baxılıb və saxlanılması qərarına gəlinib. 2025-ci ildə İşçi Qrupun yenidən görüşünü planlaşdırırıq. Mövcud iqtisadi vəziyyətə uyğun minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq”, - deyə H.Hüseynov bildirib.