"Sülh sazişinin əsas maddələri razılaşdırılıb" - Ceyhun Bayramov

Manşet
SİYASƏT 12.11.2024 5090

"Bu, (sülh sazişinin imzalanması - red.) Ermənistan tərəfindən asılıdır". 

"Saat24.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. 

XİN rəhbəri bildirib ki, sülh sazişinin əsas maddələri razılaşdırılıb: "İndi yenə də dəqiq rəqəmlər səsləndirmək istəmərəm. Ancaq hələ razılaşdırılması vacib olan məsələlər var".

Nazir həmçinin qeyd edib ki, Azərbaycan tərəfi sülh sazişinin imzalanması prosesinin təşəbbüskarıdır: "Azərbaycan tərəfi bunu sona çatdırmaqda israrlıdır". 

Ceyhun Bayramov Ermənistanın COP29-a qatılmamasına da münasibət bildirib: "Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərar qəbul olunan zaman qarşılıqlı şəkildə addımlar atılmışdı. Ermənistan burada öz vetosunu götürmüşdü. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Bürosuna üzv seçilməsinə razılığını bildirmişdi. COP-un inklüzivliyini təmin etmək üçün Azərbaycan tərəfi konvensiyaya digər üzv tərəflər kimi Ermənistana da dəvət göndərmişdi. Eyni zamanda Ermənistan tərəfindən də bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların konfransda iştirakını müşahidə etməmişik. Hesab edirik ki, bu da itirilmiş bir fürsətdir". 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top