Paşinyanın arvadı iş adamları ilə şam edib 160 min dollar topladı

Manşet
DÜNYA 02.11.2024 2456

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sahibkarlarla şam yeməyi təşkil edərək 62 milyon dram, yəni təxminən 160 min dollar vəsait toplayıb.

"Saat24.az" erməni mediasına istinadən xəbər verir ki, iş adamlarının hər biri 1 milyon dram ianə ödəyib.

Vəsait Akopyanın rəhbərlik etdiyi “Mənim addımım” fonduna gedəcək. Fondun sosial şəbəkələrdəki mesajında ​​deyilir ki, pullar ölkədə kiçik və orta biznesin inkişafına yönəldiləcək.

Paşinyanın həyat yoldaşı 6 ay əvvəl də qadın iş adamları ilə belə nahar təşkil etmişdi. O zaman onun təklifini 42 iş qadını qəbul etmişdi.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top