Azərbaycan kubokunda yeni mövsümə Şamaxıda start veriləcək

Sadə xəbər
idman 12.10.2024 2674

Bu gün Azərbaycan kubokunun 2024/25 mövsümünə start veriləcək.

"Saat24.az" xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə iki matç baş tutacaq.

Yalnız II Liqa klublarının mübarizə apardığı raund Şamaxıda başlayacaq. “Şahdağ Qusar” “Kür-Araz”ı qəbul edəcək.

Günün ikinci qarşılaşması Bakıda baş tutacaq. “Şəfa” “Saatlı-Araz”ı sınağa çəkəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinə oktyabrın 14-də yekun vurulacaq.

Azərbaycan kuboku
I təsnifat mərhələsi

12 oktyabr (şənbə)

14:00. “Şahdağ Qusar” – “Kür-Araz”
Baş hakim: İslam Məmmədov
Şamaxı OİK stadionu

16:30. “Şəfa” – “Saatlı-Araz”
Baş hakim: Rövşən Rəcəbov
“ASK Arena”

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top