“Bozqurd” işarəsi ilə gündəm olan Merihin heykəli ucaldılıb - FOTO

Sadə xəbər
idman 05.10.2024 3147

Avropa çempionatında “bozqurd” işarəsi göstərdiyi üçün cəzalandırılan Türkiyə yığmasının futbolçusu Merih Demiralın heykəli ucaldılıb.

"Saat24.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bolu şəhərinin Karaçayır məhəlləsində heykəlin açılış mərasimi olub.

Merih sosial media hesabında paylaşım edərək təşəkkürlərini bildirib.

Xatırladaq ki, Merih Dəmiral bu il iyulun 3-də Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib.

Buna görə UEFA futbolçunu cəzalandırıb. 26 yaşlı müdafiəçi 2 oyunluq diskvalifikasiya edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top