Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində ilk tura yekun vurulacaq.
"Saat24.az" xəbər verir ki, son oyun günündə də 9 qarşılaşma keçiriləcək.
Türkiyənin daha 2 təmsilçisi turnirin Liqa mərhələsində mübarizəyə başlayacaq. “Fənərbağça” İstanbulda Belçikanın “Union” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
“Beşiktaş” isə Niderlandda “Ayaks”ın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, I tur
26 sentyabr
20:45. “Fənərbağça” (Türkiyə) - “Union” (Belçika)
20:45. “Malmö” (İsveç) - “Reyncers” (Şotlandiya)
23:00. “Roma” (İtaliya) - “Atletik” (İspaniya)
23:00. “Ayaks” (Niderland) - “Beşiktaş” (Türkiyə)
23:00. “Ayntraxt” (Almaniya) - “Viktoriya” (Çexiya)
23:00. “Tottenhem” (İngiltərə) - “Qarabağ” (Azərbaycan)
23:00. “Braqa” (Portuqaliya) - “Makkabi” (Təl-Əviv, İsrail)
23:00. “Lion” (Fransa) - “Olimpiakos” (Yunanıstan)
23:00. FKSB (Rumıniya) - RFS (Latviya)
Qeyd edək ki, Liqa mərhələsində ilk tura ötən gün start verilib.