Sadə xəbər
"Prezident olmaq, yarış sürücüsü olmaqdan daha təhlükəlidir və dünyanın ən çətin peşəsidir".
"Saat24.az" CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdi ilə bağlı sualı cavablandırarkən deyib.
"Bu, yəqin ki, ən təhlükəli peşədir. Bu barədə düşünürsünüzsə, sadəcə siyahıya baxın. Deməli, sizin 46 prezidentiniz var və onların bir çoxu vəzifəsini erkən tərk edib”, - keçmiş Amerika lideri bildirib.
Tramp həmçinin vurğulayıb ki, onun həyatına sui-qəsddə ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris “müəyyən dərəcədə” günahkardır. Onun sözlərinə görə, onun ətrafında mənfi ab-havanın yaradılmasında iştirak ediblər.