"Ermənistanın başqa alternativi yoxdur" - Rusiya XİN

Sadə xəbər
SİYASƏT 21.08.2024 2969

Ermənistanın KTMT çərçivəsində tam əməkdaşlığa qayıtması üçün qapılar hələ də açıqdır, respublikanın alternativi yoxdur.

"Saat24.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb. 

Diplomat Qərbin, o cümlədən Cənubi Qafqazın rusofob istəklərinin davam etdiyini qeyd edib: "Son nəticədə bu ölkənin sabitliyinin qarantı kimi KTMT və Rusiyaya alternativ yoxdur. Bu, illərlə deyil, əsrlər boyu sınaqdan keçirilib. Bu, erməni xalqı tərəfindən yüksək qiymətləndirilir və Ermənistanın tarixində, nəşr olunan hər hansı psevdodərsliklərə baxmayaraq, yenidən yazmaq mümkün olmayan tarixdə qeyd olunur". 

O, bildirib ki, Moskva dəfələrlə əlində faktlarla qərblilərin regiondakı destruktiv fəaliyyətinə diqqət çəkib. Zaxarovanın sözlərinə görə, Fransa prezidenti Emmanuel Makronun İrəvana elan etdiyi səfər də eyni paradiqmada qurulacaq.

XƏBƏR LENTİ
10.10.2024 2055

DİGƏR XƏBƏRLƏR

Loading
Top