Səməd Seyidov müşavir təyin edildi

Sadə xəbər
CƏMİYYƏT 01.08.2024 2433

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki AzInTelecom MMC-nin İdarə Heyətinin Sədrinə yeni müşavir təyin edilib.

Bu barədə "Saat24.az"a AzInTelecom MMC-dən məlumat verilib.

Qeyd edilib ki, bu vəzifəyə Səməd Seyidov gətirilib.

Bu təyinata qədər S.Seyidov qurumun Keyfiyyət Təminatı Departamentinin direktoru olub.

Səməd Seyidov Qafqaz Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə, İqtisadçı-menecer ixtisası üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət Neft Akademiyasının Biznesin təşkili və İdarəolunması ixtisası üzrə magistr təhsili alıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top