Ukrayna lideri Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı ziddiyyətli bəyanatlar verib.
"Saat24.az" xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski "Telegram" kanalında məlumat verib
"Görünür, bizim iki Zelenskimiz var. Birincisi deyir ki, atəşkəslə bağlı heç bir danışıqlar apara bilməz... İkincisi isə ilin sonuna müharibəni bitirmək planını vəd edir", - deyə o, vurğulayıb.
Bundan əvvəl Zelenski bildirib ki, Rusiya nümayəndələri Ukrayna ilə bağlı ikinci konfransda iştirak etməsələr, bu, heç bir nəticə verməyəcək.
Ukrayna prezidenti həmçinin qeyd edib ki, qarşıdan gələn tədbirin bütün iştirakçıları Rusiyanı orada görmək istəyirlər. Bu baxımdan Ukrayna hakimiyyəti Rusiya tərəfinin iştirakına mane ola bilməz.
Bundan əvvəl ABŞ Rusiya ilə danışıqlarda ukraynalıların mövqeyində dəyişiklik olduğunu açıqlamışdı.