Unun qiyməti nə qədər ucuzlaşıb? - Şirkətlərdən açıqlama

Sadə xəbər
Sosial 24.07.2024 2581
Azərbaycanda unun ucuzlaşması ilə bağlı məlumatlar yayılıb.

Məlumatda ötən ayla müqayisədə hazırda unun topdansatış qiymətinin endiyi bildirilir. Şirkət rəhbərləri 50 kiloluq un kisələrinin qiymətinin ən azı 1 manat endiyini deyiblər.

"Saat24.az" bildirir ki, Qaynarinfo bununla bağlı bəzi böyük un istehsalı ilə məşğul olan şirkətlər arasında sorğu aparıb.

"Karat Holdinq" MMC-dən verilən məlumata görə, 50 kiloluq un kisəsinin qiyməti hazırda 27 manat 05 qəpikdir.

"Karmen” MMC-dən verilən məlumata görə, 50 kiloluq un kisəsinin hazırkı qiyməti 6 manat 95 qəpik təşkil edir.

"Dəvəçi-Dəyirman" MMC isə 50 kiloluq un kisəsini 27 manata təklif edir.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top