Sadə xəbər
Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nı təsdiqləyib.
"Saat24.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qaydalar Azərbaycanda dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınmasının təşkili və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir
Şəhərətrafı qatarda 7 yaşınadək uşaqlar yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə pulsuz, 7 yaşdan böyük uşaqlar gediş haqqı ödənilməklə daşınacaq.