Sadə xəbər
Əsəd rejiminin keçmiş Deyr əz-Zor valisi Suriyada insan haqlarını pozduğuna görə ABŞ-da saxlanılıb.
"Saat24.az" xarici mətbuata istinadən xəbər verir ki, 2020-ci ildən ABŞ-ın Los-Anceles şəhərində yaşayan Deyr əz-Zor vilayətinin keçmiş valisi Semir Osman əş-Şeyx saxlanılıb.
ABŞ rəsmiləri ölkəsində müxaliflərə işgəncə verməkdə və onları öldürməkdə ittiham olunan əş-Şeyxin Suriya prezidenti Bəşər Əsədlə sıx əlaqələrə malik olduğuna inanır.