Fransa Azərbaycanla ədalətli şəkildə qarşılıqlı münasibət qursa daha doğru olar

Manşet
SİYASƏT 16.07.2024 8755
Fransa XIX əsrin ortalarından əsarətdə saxladığı, öz sərhədlərindən 20 min kilometr uzaqda - Sakit okeanda yerləşən Yeni Kaledoniyanın müstəqil olmaq haqqını tanımır.  Bütün beynəlxalq hüquqlara tüpürərək müstəqillik uğrunda cəhd edən fəallara amansız divan tutur. 
Əsassız olaraq da müstəqillik tərəfdarlarının Azərbaycan tərəfindən idarə olunduğunu bildirir. 

 Əslində isə Yeni Kaledoniyada iğtişaşların başlanma səbəbi elə Fransa hakimiyyəti özüdür.

Paris Yeni Kaledoniyanın aborigen sakinləri olan kanakların hüquqlarının məhdudlaşdırmaq istiqamətində addımlarını sərtləşdirdikcə əks reaksiyalar qaçılmaz olur.

Yeri gəlmişkən, rəsmi Paris ərazi bütövlüyümüzün bərpasına qarşı açıq-aşkar mövqe sərgiləyəndə, bir məsələni də unudur ki, BMT-nin və hətta Fransanın da tanıdığı ərazilərimizi bərpa etmişik. Daha bir məsələni unudur ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, bu Hərəkatın isə əsas istiqamətlərindən biri də müasir dünyamızda neokolonializmə qarşı mübarizədir. Kaloniyaların ləğv edilməsi beynəlxalq hüquqa söykənir və Azərbaycan da xarici siyasətində bu dəst-xətti tutub.
 Fransa Azərbaycanı ittiham etməkdənsə, imperialist siyasətinə son qoysa və
ərazi bütövlüyünü bərpa etdikdən sonra dünyadakı siyasi proseslərə daha aktiv müdaxilə etməyə başlamış Azərbaycanla ədalətli şəkildə qarşılıqlı münasibət qursa daha doğru olar.
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri Ramil Mehdiyev
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top