Manşet
Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
"Saat24.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
"Ankara İrəvanla Bakı arasında sülhün bərqərar olmasına və sülh müqaviləsinin imzalanmasına çalışır. Biz bu barışığı ən qısa zamanda görmək istəyirik. Ermənistanın baş naziri Nikol Paşinyanla görüşlərimizdə biz bu istiqamətdə müsbət addımlar görürük", - Türkiyə prezidenti qeyd edib.
O, həmçinin əlavə edib ki, Azərbaycan prezidenti münaqişənin həlli istiqamətində atılan müsbət addımları dəstəkləyir.