Kərəm Mustafayev işdən çıxarıldı - Yerinə o təyin olundu

Manşet
CƏMİYYƏT 06.07.2024 3109

Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

"Saat24.az"ın  “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib.

Qeyd edək ki, general Kənan Seyidov  Müdafiə Nazirliyinin Quru Qoşunlarının 5-ci Ordu Korpusunun Komandiri, Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini-Qərargah rəisi vəzifələrində işləyib. Vətən müharibəsindəki iştirakına görə, müxtəlif orden və medallarla o cümlədən, Vətən Müharibəsi Qəhrəmanı fəxri adı ilə təltif edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top