Ermənistan kapitulyasiya aktına niyə tez qol çəkdi? - Nazirdən açıqlama

Manşet
SİYASƏT 26.06.2024 4237

"Xatırlayırsınızsa, möhtərəm cənab Prezident çıxışlarında bir neçə dəfə qeyd etmişdir ki, Vətən müharibəsi zamanı Azərbaycanın uğurlu əməliyyatlarından biri Ağdam istiqamətində idi. Ermənistan silahlı qüvvələrinin böyük bir birləşməsi - bizim hesabımızla təxminən 15-18 min nəfərlik şəxsi heyət mühasirəyə düşmüşdü. Biz bu əməliyyatı yekunlaşdırmaq üçün mühasirəyə düşən həmin hərbi birləşmələrin ətrafına toplarımızı, raket sistemlərimizi yığmışdıq və artıq onların zərərsizləşdirilməsi üçün tədbirlərə başlayırdıq".

"Saat24.az" xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 25-də AZƏRTAC-a və AzTV-yə müsahibəsində deyib.

"Ermənistanın kapitulyasiya aktına tez qol çəkməsinin səbəblərindən biri də bu idi. Möhtərəm cənab Prezident insanpərvərlik göstərdi və mühasirəyə düşənlərin məhv edilməsinə imkan vermədi. Ona görə də bax, mühasirəyə düşmüş həmin kontingent üçtərəfli Sazişə əsasən Azərbaycanın ərazisini dərhal tərk etməli idi. Ancaq onlar bunu etmədilər, əksinə, təxribatlara əl atdılar, mövqelərini gücləndirməyə başladılar", - deyə nazir qeyd edib. 

XƏBƏR LENTİ
07.10.2024 2033

DİGƏR XƏBƏRLƏR

Loading
Top