"Xızı şəhər tam orta məktəbin direktorunun ölüm səbəbi tibbi-ekspertiza yekunlaşdıqdan sonra məlum olacaq".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilib.
"29 dekabr 2024-cü il tarixində, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib. Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib. Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq",- deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Xızıda məktəb direktorunun meyiti işlədiyi təhsil ocağında tapılıb.
Oxu.Az APA-a istinadla xəbər verir ki, hadisə Xızı rayonunun mərkəzi məktəbində qeydə alınıb.
1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun axşam yaşadığı ünvandan idman etmək məqsədilə çıxdığı, lakin bu gün səhər saatlarında direktoru olduğu məktəbdə meyitinin tapıldığı bildirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.