Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin cənazələri II Fəxri xiyabanda dəfn edilib

Sadə xəbər
GÜNDƏM 29.12.2024 3144

Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan kapitan pilot İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar.

Oxu.Az xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin cənazəsi dəfn olunması üçün II Fəxri xiyabana gətirilib.

Oxu.Az xəbər verir ki, hazırda dəfn prosesinə hazırlıq işləri görülür.

 

 

Daha çox foto burada: PhotoStock.az

Mərahim Nəsib

Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin II Fəxri xiyabanda dəfn mərasiminə hazırlıq işləri görülür.

Oxu.Az xəbər verir ki, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri xiyabana axın edirlər.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top