Avtomobili ilə piyadanı vurub öldürdükdən sonra qaçan sürücü TUTULDU

Sadə xəbər
GÜNDƏM 01.01.2025 3338

Yanvarın 1-də saat 6 radələrində Oğuz rayonunun Kərimli kəndi ərazisində 1976-cı il təvəllüdlü Qalib Hüseynov naməlum avtomobillə vurulub və aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən VAZ-2112 markalı avtomobilin sürücüsü Tural Abdullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə gecə saatlarında rayonun Kərimli kənd ərazisində baş verib.

Belə ki, rayonun Xalxal kənd sakini 1988-ci il təvəllüdlü Tural Ayaz oğlu Abdullayev idarə etdiyi avtomobillə Şəki rayonu Qayabaşı kənd sakini 1976-cı il təvəllüdlü Qalib Bəhman oğlu Hüseynovu vurub.

Qəza nəticəsində 49 yaşlı Q.Hüseynov həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top