Ferdi Tayfurun dəfnində qalmaqal: Söyüş söydülər, mübahisə etdilər

Sadə xəbər
DÜNYA 04.01.2025 3191

79 yaşında dünyasını dəyişən məşhur türkiyəli sənətçi Ferdi Tayfurun dekabrın 4-də dəfn mərasimi baş tutub.

Mərasimə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, İstanbul valisi Davud Gül və çox sayda siyasi və məşhur adlar da qatılıb.

Lakin mərasim zamanı qalmaqal yaşanıb.

Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Tayfurun küsülü olduğu qızı Tuğçe Tayfur ilə atasının həm qardaşı oğlu, həm də meneceri olan Şirin Gözalıcı arasında tabutun başında mübahisə baş verib.

"Sən bura gəlməyəcəksən. Sənin üzündən öldü", - deyə Gözalıcı Tuğçe Tayfura qışqırıb.

Qadın ağlamağa başlayıb.

Bununla bağlı yayılan videogörüntülərdə Tuğçe ilə Şirinin bir-birilərinə söyüş söydüyü kadrlar əks olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top