Sadə xəbər
Almaniyanın bütün hava limanlarında Federal Polisin kompüter sistemləri sıradan çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən məlumat yayıb.
Problem Almaniyaya girişə nəzarət etmək üçün istifadə edilən sistemlərə təsir edib.
Hava limanlarında, xüsusilə, təhlükəsizlik sektorunda uzun növbələrin yarandığı bildirilib. Sərnişinlər təxminən iki saat gözləməli olublar.
Texniki problem yalnız axşam saatlarında aradan qaldırılıb.