Bayden ABŞ-nin ən qədim poladəritmə şirkətini yaponlara satmaqdan imtina etdi

Sadə xəbər
DÜNYA 03.01.2025 3321

ABŞ Prezidenti Co Bayden ölkənin ən qədim poladəritmə şirkəti olan "U.S. Steel"i Yaponiyanın "Nippon Steel" şirkətinə satmaqdan imtina edib.

Oxu.Az NEWS.ru-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.

Bayden izah edib ki, bu sövdələşmə ABŞ-nin ən böyük şirkətlərindən biri üzərində xarici nəzarətə gətirib çıxaracaq, milli təhlükəsizlik və təchizat zəncirlərinə təhdid yaradacaq.

O qeyd edib ki, xarici şirkətlər dünya bazarlarına poladı süni aşağı qiymətlərlə çıxarırlar ki, bu da ABŞ-də iş yerlərinin itirilməsinə və zavodların bağlanmasına səbəb olur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top