Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayon sakinləri dəfn olunublar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəzada həlak olan Balakən rayon Meşəşambul kənd sakini, 1972-ci il təvəllüdlü Mələykə Murtuzəli qızı Anqbazova, Xalatala kənd sakini, 1990-cı il təvəllüdlü Həmzət Muhuma oğlu Qurbaçov, Yeni Şərif kənd sakinləri - 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayeva və 1960-cı il təvəllüdlü Mömünət Şəhmir qızı Qoqamova, Şərif kənd sakinləri olan iki qardaş - 1968-ci il təvəllüdlü Rəşid Abbas oğlu Qıstarov və 1962-ci il təvəllüdlü İbrahim Qıstarov, Şambul kənd sakini, 1988-ci il təvəllüdlü Yadigar Seyfəddin oğlu Mehdiyev və Qullar kənd sakini, 2004-cü il təvəllüdlü Mahmud Muhumahacı oğlu Tütünçüyev yaşadıqları kəndlərin qəbiristanlıqlarında dəfn olunublar.
Dəfn mərasimlərində həlak olanların doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərin nəşləri ailələrinə təhvil verilib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Bakı-Qroznı marşrutu ilə hərəkət edən, Balakən rayon Meşəşambul kənd sakini 1972-ci il təvəllüdlü Mələykə Murtuzəli qızı Anqbazovanın, Xalatala kənd sakini 1990-cı il təvəllüdlü Həmzət Muhuma oğlu Qurbaçovun, Yeni Şərif kənd sakinləri 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayeva və 1960-cı il təvəllüdlü Mömünət Şəhmir qızı Qoqamovanın, Şərif kənd sakinləri olan iki qardaş - 1968-ci il təvəllüdlü Rəşid Abbas oğlu Qıstarov və 1962-ci il təvəllüdlü İbrahim Qıstarovun, Şambul kənd sakini 1988-ci il təvəllüdlü Yadigar Seyfəddin oğlu Mehdiyev və Qullar kənd sakini 2004-cü il təvəllüdlü Mahmud Muhumahacı oğlu Tütünçüyevin nəşləri rayona gətirilərək bu gün səhər saatlarında ailələrinə təhvil verilib.
Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 9 nəfəri qəza zamanı həyatını itirib.